USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın "Neftemaş" şirkəti Bakıda nümayəndəlik açıb

20.05.2020 İqtisadiyyat
0 0
Neft-qaz kompleksi üçün texnoloji avadanlıq istehsalçısı olan Rusiyanın “Neftemaş” Səhmdar Cəmiyyəti Bakıda nümayəndəlik açıb.

Bunu Tümen və Azərbaycan sahibkarları üçün "Caspian European Club" tərəfindən təşkil olunan onlayn forum zamanı "Neftemaş"ın Satış departamentinin direktorunun müavini Yevgeni Kalunin deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə "Neftemaş" məhsullarının fərdi dəstlərinin satışına start veriləcəyi gözlənilir: "Biz hazırda SOCAR-ın "Azneft" və "Azəriqaz" istehsalat birlikləri ilə neft-qaz, kimya və ətraf mühit sahələri üzrə əməkdaşlığı nəzərdən keçiririk. Bundan başqa, biz Azərbaycanda layihələrin maliyyələşdirilməsi ilə bağlı Rusiya Ekspert Mərkəzi ilə əməkdaşlığa başlamışıq. Bunun icrası ölkədəki müvafiq tənzimləyicisinin mövcudluğundan asılıdır".

  • Əvvəlki

    Tramp: “Xəstəlik niyə Çinin qalan hissəsinə yayılmadı?”

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0