USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni yaradılan BOKT-ların çoxu lisenziya ala bilmir

28.04.2021 İqtisadiyyat
0 0
2018-2020-ci illərdə Azərbaycanda yaradılmış 10 bank olmayan kredit təşkilatından (BOKT) 6-sı Mərkəzi Bankdan lisenziya ala bilməyib.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, bunlar “MCB Lizinq” MMC-nin bazasında təşkil edilmiş eyni adlı BOKT, ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC-nin hüquqi varisi “Azkredit”, eləcə də “Solis Kapital”, “Uğur”, “Azərbaycan Evro-Kredit” və “Nas Project” MMC-lərdir.

Tənzimləyici qurum son 3 ildə cəmi 4 BOKT-a lisenziya verib. Bunlar “Kapital Bank” ASC-yə məxsus “Birkart” MMC, “MJ Lizinq” MMC-yə yaxın “MJ Financial Services” MMC, “Prior Leasing” QSC-yə yaxın “Prior Credit” QSC, eləcə də “Optimal Finance” MMC-dir.

2021-ci ildə isə ölkədə daha 2 BOKT yaradılıb. Bunlar “FNC” və “Partner Finance” MMC-lərdir. Onlar da Mərkəzi Bankdan lisenziya gözləyir.