USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə və sığortada çalışanların maaşları azaldılıb - STATİSTİKA

20.05.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4.2 faiz azalaraq 713.2 manat təşkil edib.

"Kommersant.az" DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları azalıb.

Belə ki, 2021-ci ilin yanvar-mart aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 633.1 manat, dövlətdə çalışanlarda 1 736.5 manat, özəldə çalışanların isə 1 605.5 manat olub.

2020-ci ilin müvafiq aylarında isə maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 707.6 manat, dövlətdə çalışanlarda 1 766.7 manat, özəldə çalışanların isə 1 693.9 manat olub. Belə ki, illik müqayisədə dövlətdə çalışanların orta aylıq əməkhaqları 30.2 manat, özəldə çalışanların isə 88.4 manat azalıb.

  • Əvvəlki

    Bu gün Prezidentin iştirakı ilə videoformatda müzakirələr keçiriləcək

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0