“Alibaba” Türkiyə e-ticarət patforması “Trendyol”un yeni strateji ortağı olub.
"Kommersant" xəbər verir ki, dünyanın ən böyük onlayn və mobil ticarət şirkətlərindən olan "Alibaba" "Trendyol"un yeni strateji ortağı olub. Şirkət, digər sərmayədarların da hissələrini almağa başlayıb. İki şirkət arasında bağlanan sazişə əsasən, "Alibaba" "Trendyol"un böyüməsi üçün əlindən gələni edəcək, ona texnoloji, onlayn ticarət, mobil ödəmə, logistika kimi işlərin həyata keçirilməsində dəstək olacaq.
"Trendyol"un qurucusu Demet Mutlu bu anlaşmanın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini, "Alibaba"nın köməyi ilə şirkətlərini daha da böyüdəcəklərini və daha çox müştəri qazanıb, beynəlxalq arenada daha geniş yer tutacaqlarını düşündüyünü bildirib.
"Alibaba Group" rəhbəri Michael Evans da öz növbəsində, Türkiyənin geniş və həyəcanverici bazar olduğunu, bu əməkdaşlıqla gələcəkdə bazara liderlik edəcək bir markaya ortaq olduqlarını söyləyib.