Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb
02.07.2018
İqtisadiyyat
0
0
Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayır.
"Kommersant"ın məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00-dır, avtobus təyinat məntəqəsinə - Batumi şəhərinə növbəti gün saat 9:00-da çatacaq.
Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.
"Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar", - deyə məlumatda vurğulanıb.
Digər xəbərlər
12.03.2026
İqtisadiyyat
Commerzbank/Goose: Geosiyasi risklər Mərkəzi Bankın faiz dərəcəsinin endirilməsini gecikdirib
0
0
11.03.2026
İqtisadiyyat
Putinin xüsusi nümayəndəsi Dmitriyev xəbərdarlıq etdi: Növbəti ərzaq təhlükəsizliyi böhranı gəlir
0
0






.jpg)
.png)

















.jpg)
.jpg)











































