USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyəli sahibkar Ali Emre Erişen “Apti”sini Azərbaycana gətirir

06.10.2022 İqtisadiyyat
0 0
Türkiyədə 2009-cu ildən yaradılmış “Apti” platforması Azərbaycanda da fəaliyyətə başlayır.

Bu barədə Kommersant.az-a daxil olan məlumatda bildirilir.

Belə ki, Türkiyədə fəaliyətdə olan “Apti Online Site, Apartmanı and Plaza Management Technologies” A.Ş.-nin Azərbaycanda törəmə şirkəti təsis edilib. Şirkətin sahibi Ali Emre Erişendir və Bakıda təsis edilən “Apti” MMC-nin rəhbəridir.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ev.219, MZ plaza m.32 ünvanında dövlət qeydiyyatına alınıb.

Bakıda təsis edilən “Apti” MMC-nin nizamnamə kapitalı 10 000 manatdır.

“Apti” — kommunal yaşayış yerlərində yaşayan sakinləri və üzv iş yerlərini idarə edən süni intellektə əsaslanan platformadır.