USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb

06.07.2018 İqtisadiyyat
0 0
Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb. Çərşənbə günü ölkənin qəza səbəbindən işıqsız qalmış bölgələrinin təmin edilməsi üçün qonşu dövlətdən 2 milyon kVt/saatdan çox elektrik enerjisi alınıb.

"Kommersant" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Elektrik enerjisi sisteminin kommersiya operatoru"nun (ESCO) məlumatında bildirilir.

ESCO-nun xəbərinə görə, 1 və 2 iyul tarixlərində Azərbaycana elektrik enerjisi tədarük olunmayıb, 3 və 4 iyul tarixlərində isə bu, ümumilikdə 3,1 milyon kVt/saatdan çox təşkil edib. Azərbaycana elektrik enerjisi tədarükü 330 kV-lik "Qardabani" hava xətti ilə həyata keçirilir.

Gürcüstan eyni zamanda çərşənbə axşamı Türkiyə və Ermənistana ixracı azaldıb. Çərşənbə günü Türkiyəyə ixrac bərpa olunub və 1,74 milyon kVt/saat təşkil edib. Çərşənbə axşamı Rusiyaya da tədarük eyni səviyyədə olub.

  • Əvvəlki

    Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR düşür

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0