Bu gün Avropa Mərkəzi Bankının (AMB) açıqlaması ictimaiyyətə təqdim olunacaq.
İqtisadiyyatın son dönəmlər ard-arda baş verən hadisələrdən sonra daha da geriləməsi ilə bazarlarda xaos hökm sürür. Bu gün isə bütün gözlər Avropa Mərkəzi Bankının faiz qərarına, prezident Leqardın çıxışına yönəlib.
AMB - nin iclası bu gün yerli vaxtla 17:15 - də keçiriləcək. Prezident Leqardın çıxışının isə 17:45 - də baş tutacağı gözlənilir.
Gözləntilər faiz qərarının 50 baza bəndi artırılacağı yönündədir.