Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib

14.07.2018 İqtisadiyyat
Vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "Kommersant"a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayon sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

  • Əvvəlki

    "Ciddi nöqsanlara yol vermiş DSMF-nin yerli şöbələrinin əməkdaşları işdən kənarlaşdırılır"

Digər xəbərlər