Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam edir.
Kommersant.az xəbər verir ki, Türkiyənin lirəsi ABŞ dolları qarşısında dəyər itirərək 27.04 -ə bərabərləşib.
Qeyd edək ki, yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan 3 ildir "Bu il Türkiyənin şahlanış ilidir" deyir. Lakin 3 ildir Türkiyə iqtisadiyyatı "şahlanış"ın şahının yanında siravi piyadadan başqa bir şey ola bilməyib.