Rusiya məhsulları qarşılığında İran nefti - TƏKLİF

17.07.2018 İqtisadiyyat
İrandan Rusiyaya təklif

"Kommersant" xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Kamal Dehkani Firuzabadi İranın ABŞ-ın sanksiyalarından xilas olmaq üçün Rusiyaya təqdim etdiyi "neft qarşılığında məhsul mübadiləsi" təklifinə münasibət bildirib.

İki ölkə arasında İran neftinə qarşı məhsul mübadiləsi imkanı haqqında danışan Firuzabadi, açıqlamasında "İran İraq deyil ki, qida müqabilində neft satsın", - deyə bildirib.

Xatırladaq ki, ötən həftə İranın Xarici İşlər Naziri və Rusiya prezidenti Vladimir Putin görüş zamanı ABŞ-ın İrana olan sanksiyalarına qarşı İranın rus məhsulları qarşılığında Rusiyaya neft satışı ilə bağlı təklifini müzakirəyə çıxarmışdılar.