USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amazon-dan rekord mənfəət

27.07.2018 İqtisadiyyat
0 0
ABŞ-ın elektron-ticarət nəhəngi Amazon-un xalis mənfəəti bu ilin ikinci rübündə rekord qıraraq 2,5 milyard dollar olub.

"Kommersant.Az" Marja-ya istinadən xəbər veri ki, Amazon-un açıqlanan balansına görə, şirkətin xalis mənfəəti bu ilin ikinci rübündə 2,5 milyard dollar təşkil edib. Bu miqdar şirkət tarixində bir rübdə əldə edilən ən yüksək xalis mənfəətdir.

Amazon-un xalis mənfəəti üç rüb ardıcıl 1 milyard dolların üzərində baş tutub. Şirkət, ötən ilin aprel-iyun dövründə 197 milyon dollar xalis gəlir əldə etmişdi.

Keçən ilin ikinci rübündə şirkətin bir səhmə düşən mənfəəti 0,40 dollar olarkən, bu ilin eyni dövründə sözügedən məbləğ 5,07 dollara çatıb.

Amazon, 2017-nin aprel-iyun aylarında 37,95 milyard dollar gəlir əldə etmişdi. Bu ilin eyni dövründə isə 39,4 faiz artımla 52,89 milyard dollar gəlir əldə edib.

Bu ilin ikinci rübündə mənfəətin rekord səviyyəyə çatmasının ardından şirkətin səhmi 4% bahalaşaraq 881 dollara qalxıb.


Mütəxəssislər, Amazon-un səhmlərində əsl bahalaşmanın bu gün baş verəcəyini qeyd edirlər. Şirkətin bazar dəyərinin 900 milyard dolları aşaraq dünyanın ən böyük bazar dəyərinə malik şirkəti Apple-ı keçə biləcəyi, sonra bu il ərzində 1 trilyon dollara çata biləcəyi gözlənilir.

  • Əvvəlki

    ƏƏSMN Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis olunub

Digər xəbərlər