USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti bahalaşır

31.07.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.

"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 30-da 75,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 30-da 72,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 30-da 75,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur

  • Əvvəlki

    Mərkəzi Afrika Respublikasında biri əslən azarbaycanlı olan 3 jurnalist öldürülüb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0