USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

6 ay ərzində narkotiklərlə mübarizə sahəsində 1 853 fakt aşkar edilib

02.08.2018 İqtisadiyyat
0 0
2018-ci ilin 6 ayı ərzində Azərbaycanda narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1 853 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan "Kommersant.az"a verilən məlumata görə, aşkar edilən faktlardan 525-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1 180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-nu isə digər cinayətlərlə bağlıdır.