USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adnan Əhmədzadə və “Chem Trade” - DAXİLİ VƏ XARİCİ MAXENASİYALAR

14.10.2025 İqtisadiyyat
0 0
Ötən ayın bu günündə dəyərli oxucularımıza “Adnan Əhmədzadə və pərdəarxası siyasətinin manifesti” başlıqlı yazı təqdim etmişdik. Tam 1 ay sonra araşdırmalarımızı daha dərinləşdirib sizlərə daha geniş məlumatlar vermək istəyirik. Yazının başlığından da bilindiyi kimi bu yazıda da “Chem Trade” MMC-nin daxili və xarici maxenasiyalarını qələmə almışıq.

Birinci yazını oxumayanlar üçün burada keçid linki əlavə etmişik. Bu yazıdan əvvəl onu oxumağınız tövsiyyə olunur.

Pərdəarxasında Adnan Əhmədzadəyə məxsus olan 2004630791 VÖEN-i ilə fəaliyyət göstərən 2017-ci ildə qeydiyyata alınan “Chem Trade” şirkəti kimyəvi məhsulların idxalı, ticarəti və nəqliyyatı sahəsində fəaliyyət göstərir. Şirkətə isə Emil Quliyev Fərhad oğlu rəhbərlik edir. Sözügedən şirkət “SOCAR”ın bitum, benzin kimi kimyəvi məhsullarını daşıyır. Bu arada təkcə “SOCAR”ın yox, İraq və Rusiyadan gətirilən bitumlar da Gücüstana “Chem Trade” vasitəsilə daşınır. Bu daşınmalar Emil Quliyevin rəhbərlik etdiyi “Chem Trade” tərəfindən Gürcüstanda fəaliyyət göstərən “Old Line Trading Company” MMC-yə ötürülür. Daha sonra isə Gürcüstana satışı reallaşdırılır. Qeyd edək ki, “Old Line Trading Company” 2019-cu ildə faəliyyətə başlamış Azərbaycan şirkətidir və Gürcüstanda törəmə şirkət olaraq fəaliyyət göstərir. Burası da təəccüblü deyil ki, sözügedən şirkətin də direktoru Emil Quliyevdir. Şirkətlərarası “karusel” də buna deyilir.

Emil Quliyevin “Chem Trade” şirkəti əldə etdiyi bitumlardan yerli və Azərbaycanda fəaliyyət göstərən xarici asfalt zavodlarına da ucuz qiymətə satır. Məsələn, Aydın Polatın sahibi olduğu “Polatyol Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi” də belələrindəndir. Sözügedən xarici şirkətin Azərbaycandakı filialı da 5700056171 VÖEN-li “Teteka Transport” ASC-ə subpodratçı kimi 03.03.2025 tarixində işğaldan azad olunmuş ərazilərə giriş-çıxış yoxlanılması məqsədilə qurulmuş buraxılış postlarından sərbəst keçidin təmin olunmasına görə 2 nəfər üçün (Nəbiyev Cahandar Şükran oğlu və İsmayılov Hikmət Məhərrəm oğlu) icazə kağızı da alıb.

Bundan başqa “Chem Trade” “Northwest”, “Azvirt”, “Korpu Bina Tikinti”, “Kalyon” kimi asfaltzavodlara da bitum tədarük edir.

Bu yazıda əsas məqamlardan biri də budur ki, Emil Quliyevin rəhbərlik etdiyi “Chem Trade” iritonajlı yük avtomobilləri alaraq sözügedən şirkətin inventarını artırıb. Necə? 77-FH-157 dövlət qeydiyyat nişanlı avtomobili əvvəlcədən 35 min manata ikinci şəxs adına alıb daha sonra rəhbərlik etdiyi “Chem Trade”ə o şəxsdən 70 min manat alıb kimi göstərib. Bu yük avtomobili sadəcə onlarla avtomaşınlardan biridir. Daha geniş siyahını yazının 3-cü hissəsində təqdim edəcəyik. Bu satınalma sözügedən şirkətin rəhbəri Emil Quliyevin tapşırığı əsasında 29.10.1968 təvəllüdlü mühasib Zeynalov Vaqif Mehrac oğlu tərəfindən həyata keçirilib. Mühasib demişkən, onu da unutmadan deyək ki, Emil Quliyev mühasibi Zeynalov Vaqifi Qarabağ bölgəsinə rahat hərəkətini təmin etmək məqsədilə sürücü kimi qeydiyyatdan keçirib. O, 77-RL-763 və 99-YH-643 dövlət qeydiyyatı ilə Kia Sorento markalı avtomaşınla işğaldan azadolunmuş bölgələrə giriş-çıxış edə bilir.

Rəhbərlik etdiyi şirkətə satınalma zamanı "kələk gələ bilən" Emil Quliyevin digər şirkəti “Old Line Trading Company” MMC-yə ötən ilin dekabr ayında Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Yəni şirkət rəhbəri məcburi auditdən yayınmasına əsas gətirə bilməsə də, biz bu yazı vasitəsilə məsələnin nə olduğunu açıq şəkildə bildiririk. Adnan Əhmədzadənin sponsorluq etdiyi şirkətlər bitum və kimyəvi maddə logistikasında bu kimi “əlavə qazanclardan”da geri qalmayıb.

Emil Quliyevin rəhbərlik etdiyi daha bir şirkət isə İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-dir. Bəli, bu şirkətin rəhbəri də Emil Quliyevdir.

“Azərsulfat” MMC-yə 2023-cü ildə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib. 2024-cü ildə isə Emil Quliyevin rəhbərlik etdiyi üçüncü şirkətə valyuta tənzimi qaydalarını pozduğu üçün Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) tərəfindən cərimə protokolu yazılıb. Yəni, sözügedən şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb. Şirkətin baş direktoru, eyni zamanda qanuni təmsilçisi olan Emil Quliyevin geniş Gürcüstan əlaqələri onu bu əməlləri törətməyə təşviq edib kimi görünür. Çünki, bitumun qızdırılması üçün Emil Quliyevin rəhbəri olduğu “Chem Trade” şirkəti Gürcüstana 15 ton bitum aparırdı. Ölkədən çıxarılan bu bitum aparılan bitumların qızdırılması üçün yandırılırdı ki, bu da çox böyük həcmdir.

Bu yazını dəyərli oxucularımız üçün daha da geniş yaza bilərdik, amma həddindən artıq uzun olacağını düşündüyümüz üçün sizləri yormuruq. Ona görə də, yazını daha geniş izahla təqdim etmək üçün üçüncü hissəni gələn həftə siz oxucularımıza təqdim edəcəyik. Ona görə də sizlərə bu üç şirkətin “SOCAR”dan əldə etdikləri, qanuni və qanunsuz qazancları, bitum və digər mayelərin əldən kimlərə və hansı kartlarla satıldığı barədə məlumatlar veriləcək. Bundan başqa sadəcə “Chem Trade”in qeydiyyatdan keçmiş 82 nəfər personalı (sürücülər daxil), şirkətin direktor müavini 01.01.1977 təvəllüdlü Xəlilov Pərviz Fazil oğlu haqqında da məlumatlar əldə edəcəksiniz. Bu şəxslərin hansı sənədlərdə imzası var, hansı işlərə rəhbərlik ediblər və qeydiyyata alınan sürücülər hansı məhsulu hara daşıyıblar və s. Yuxarıda qeyd olunduğu kimi üçüncü yazıda şirkətin yük avtomobilləri hansı qiymətə ikinci şəxsə ötürüb yenidən aldığı barədə geniş, dövlət qeydiyyat nişanı, markası, qiyməti və satınalma tarixi barədə də sizlərə məlumat verməyi unutmayacağıq.

  • Əvvəlki

    Fransız nəhəngi 2026-cı il üçün qızıl proqnozunu bir unsiya üçün 5000 dollara yüksəldib

Digər xəbərlər