USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni”nin banklardakı 3 milyon 700 min manat vəsaiti geri qaytarılmayıb

22.12.2025 İqtisadiyyat
0 0
“Bakı Metropoliteni” QSC-nin 2016-cı ildə fəaliyyətini dayandırmış iki bankda yerləşdirilmiş 3 milyon 700 min manata yaxın vəsaiti indiyədək geri qaytarılmayıb.

Kommersant.az xəbər verir ki, QSC-nin açıqladığı sonuncu hesabatda sözügedən məbləğ şirkətin cari bank hesablarında nəzərə alınsa da, faktiki olaraq istifadəsiz qalıb.

“Bakı Metropoliteni”nin vəsaitlərinin 1 milyon 563 min manatı “Texnikabank” ASC-də, 2 milyon 166 min manatı isə “Bank Standard”da qalıb.

Ümumi məbləğ 3 milyon 709 min manat təşkil edir.

Şirkətin 2024-cü ilin sonuna dair maliyyə hesabatında qeyd olunur ki, zərər ehtiyatı çıxıldıqdan sonra pul vəsaitləri və onların ekvivalentləri 9 milyon 839 min manat səviyyəsində formalaşıb. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım deməkdir.