USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə dair kitab nəşr olunub

10.09.2018 İqtisadiyyat
0 0
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə həsr edilən kitab nəşr olunub.

Bu barədə "Kommersant.az"a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev deyib.
O bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi çərçivəsində tədbirlər təşkil olunub və hazırda da bir neçə tədbir və layihə davam edir: “Bunlardan “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında təşkil edilən “Gəmiçilik-160 il” mövzusundakı fotoqalereyadır ki, ilin sonunadək vətəndaşlar bu sərgini izləyə bilər. Digər bir layihə isə təsviri incəsənətlə bağlı elan edilən müsabiqədir. Hazırda müsabiqəyə təqdim olunan rəsmlərin sosial şəbəkədə seçim mərhələsi davam edir. Bu mərhələdən sonra peşəkarlardan təşkil edilən münsiflər heyəti iştirakçıları qiymətləndirəcək”.
M.Mehdiyev qeyd edib ki, həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən iki kitab da hazırlanıb: “Bu kitablar Gəmiçiliyin sifarişi ilə araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov tərəfindən yazılıb. Yaxın zamanlarda bu kitablar ictimaiyyətə təqdim olunacaq”.

  • Əvvəlki

    Azərbaycanın tikinti şirkətləri bir neçə ölkəyə məhsul ixrac edəcək

Digər xəbərlər