USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qaçqınkom”da ciddi kadr dəyişikliyi

15.11.2018 İqtisadiyyat
0 0
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

"Kommersant.az" xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifəsindən azad olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncamla Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Sabir Əhmədov bu təyinatadək Məcburi Köçkünlərin İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.
Sözügedən Fonda isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təyin olunub.

Modern