USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Özbəkistanda neft hasilatını artırır

20.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində neft hasilatını artıracaq.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı müvafiq saziş "Uzbekneftegaz" şirkəti ilə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu arasında bu ölkədə keçirilən "Özbəkistanın neft və qazı OGU-2019" 23-cü beynəlxalq sərgi və konfransı çərçivəsində imzalanıb.

Sənədə əsasən, bu əməkdaşlıq sayəsində SOCAR aparıcı üsullar və texnologiyadan istifadə edərək "Qərbi Daşlı", "Şərqi Daşlı", "Şimali Şurtan" və Özbəkistanın "Qarmiston" yataqlarında karbohidrogen hasilatını artıracaq.

Qeyd edək ki, bu, "Uzbekneftegaz" şirkətinin SOCAR ilə ilk layihəsidir. Bu yataqların birgə işlənilməsi ilə bağlı razılıq "Özbəkistanın neft və qazı OGU-2018" beynəlxalq sərgi və konfrans çərçivəsində nail olunub. Bununla bağlı Anlaşma Memorandum da imzalanıb ki, bu da iki neft-qaz şirkətləri arasında sıx əməkdaşlıq yaratmaq üçün əsas yaradıb.

Bildirilib ki, iki şirkətin əməkdaşlığının inkişafı Özbəkistanda karbohidrogen hasilatını artırmağa imkan yaradacaq. Bu da öz növbəsində Özbəkistanın Qaşqadərya vilayətinin sosial-iqtisadi inkişafının artırılmasına səbəb olacaq.

Report

  • Əvvəlki

    Azərbaycan Gürüstandan avtomobil idxalını 2,5 dəfə artırıb

Digər xəbərlər