“AzerGold” Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019 İqtisadiyyat
13-17 may tarixlərində “AzerGold” QSC-nin mütəxəssisləri “Transeuropean Centre Limited” şirkəti tərəfindən Finlandiyanın Helsinki şəhərində təşkil olunan seminarda iştirak ediblər.

"Kommersant.az" xəbər verir ki, tədbir çərçivəsində "AzerGold" QSC-nin təmsilçiləri geoloji kəşfiyyatın optimallaşdırılmasında istifadə olunan qabaqcıl təcrübə və innovativ texnologiyalar, kern (süxur nümunələrinin) saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsallaşdırılması, həmçinin istehsal və anbar təsərrüfatının avtomatlaşdırılması mövzularında məruzələr dinləyib.

Yokisivu mədəninin istehsal sahəsinə baş tutan səfər zamanı Cəmiyyətin mütəxəssisləri mədənin fəaliyyəti, maliyyə və iqtisadi göstəriciləri, texnoloji sxemi, habelə geoloqlar tərəfindən geniş tətbiq edilən "GEOVIA Surpac™" proqram təminatı ilə yaxından tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinin Loppi şəhərində yerləşən geoloji kəşfiyyat üzrə Finlandiya dövlət idarəsinin milli kern saxlanma anbarına səfəri təşkil olunub. Burada Cəmiyyətin nümayəndələri kern nümunələrinin skanlaşdırılması və analizi üzrə "Scanmobile lab" laboratoriyasının fəaliyyəti ilə tanış olub, həmçinin kern saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsalaşdırılmasının üstünlükləri, rəqəmsal texnologiyaların tətbiqi, XRF skan analizatorunun funksiya və tətbiq sahələri ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, geoloji kəşfiyyat işlərinin, istehsalat proseslərinin və digər fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə "AzerGold" QSC təcrübə mübadiləsinə böyük önəm verir. Cəmiyyətin əməkdaşları beynəlxalq tədbirlərdə iştirakı və xarici ölkələrdə yerləşən istehsalat sahələrinə səfərləri zamanı mədənçilik sahəsində mövcud təcrübələri geniş tədqiq edir, qabaqcıl texnologiyaların və innovativ yanaşmaların Azərbaycanda tətbiqi perspektivlərini araşdırır.

Trend

  • Əvvəlki

    SOCAR Özbəkistanda neft hasilatını artırır

Digər xəbərlər

06.12.2021 İqtisadiyyat
Pensiya alanlara mühüm xəbər
0 0
06.12.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb
0 0