Azərbaycan Gürüstandan avtomobil idxalını 2,5 dəfə artırıb

20.05.2019 İqtisadiyyat
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 5 034 ədəd avtomobil idxal edib.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Son 1ildə qonşu ölkədən alınmış minik avtomobillərinin ümumi dəyəri isə 46,9% artaraq 54,015 mln. ABŞ dolları təşkil edib.