USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ITOCHU" SOCAR-la bütün istiqamətlərdə əməkdaşlıq etməyə maraqlıdı

10.07.2019 İqtisadiyyat
0 0
Bu ilin iyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, “ITOCHU” Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Kommersant.az" xəbər verir ki, görüş zamanı R. Abdullayev "ITOCHU" ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Görüş zamanı"ITOCHU"nun prezidenti Keita İşi SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Məlumata əsasən, SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.

Xatırladaq ki, Yaponiyanın "ITOCHU" şirkəti "Əsrin kontraktı" çərçivəsində "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.

  • Əvvəlki

    Ceyranbatandan Qalaya su xətti çəkiləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0