USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

10.07.2019 Bank
0 0
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi bankının (AMB) 50101176S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Kommersant.az" xəbər verir ki, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiyməti 99,4966 AZN (6,51%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 939 911 400 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4966 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4966 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi – 07.08.2019.