USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb

08.10.2019 İqtisadiyyat
0 0
Yaxın vaxtlarda açılışı gözlənilən qazlaşdırılmış yaşayış məntəqələrinin və massivlərinin adları məlum olub.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, hazırda tikinti-quraşdırma işləri tamamlanmış 3 şəhər və 6 rayon üzrə 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb.

Gəncə şəhəri S.Qazıyeva küçəsində, Məhsəti qəsəbəsindəki yeni yaşayış massivlərində, Lənkəran şəhərində yeni massivdə, Cəlilabad şəhəri Səttərxan küçəsindəki yeni yaşayış massivində, Ağdaş rayonu Yuxarı Ləki kəndində yeni yaşayış massivində, Göyçay rayonunun Mollahacılı kəndində, Şamaxı rayonunda yeni yaşayış massivində, İsmayıllı rayonunun Zeyvə, Soltankənd, Qalgah və Uştal kəndlərində, Quba rayonunun Atuc və Xırt kəndlərində, eləcə də Lerik rayonunun Peştətük kəndində yaxın vaxtlarda qaz açılışları baş tutacaq.

  • Əvvəlki

    Novruz tədbiri dövlətə 289 min manata başa gələcək

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0