USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple yeni planşet modellərini təqdim etdi - QİYMƏTLƏR

16.09.2020 İqtisadiyyat
0 0
Online formatda keçirilmiş xüsusi təqdimat zamanı Apple şirkəti yeni nəsil iPad modellərini təqdim edib.

"Kommersant.az" xəbər verir ki,yeni nəsil iPad modellərinə 4-cü nəsil iPad Air və 8-ci nəsil adi iPad modeli daxil olublar. iPad Air 4 xarici görünüşcə iPad Air 3-dən tamamilə fərqlənir. Belə ki, o, daha bahalı iPad Pro modellərinin dizaynını əldə edib. Yeni iPad Air 4-ün künc hissələri əyilmiş formada reallaşdırılıb və nazik ekran çərçivələrinə sahibdir. Bunun sayəsində planşetin ekranı 10.9 düym-ə (2360x1640 piksel keyfiyyəti) kimi yüksəldilib. Apple şirkəti iPad Air 4-ün ekranını Liqued Display adlandırır. Bununla belə planşetin ekranı True Tone funksiyasını dəstəkləyir.

Yeni planşetin fərqləndirici özəlliklərindən biri də odur ki, onun Lightning girişi USB Type-C ilə əvəz edilib. Bunun sayəsində də iPad Air 4-ə müxtəlif xarici ekranları, kameraları və digər aksessuarları qoşmaq mümkündür. Təəssüflər olsun ki, iPad Air 4 modelində Face ID texnologiyası reallaşdırılmayıb. Bunun yerinə yeni planşet modelində Touch ID texnologiyası mövcuddur. Əsas fərq ondan ibarətdir ki, bu dəfə Touch ID texnologiyası Home düyməsinə yox, yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Yeni iPad Air modelini əvvəlki Air modellərindən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, o. iPad Pro-da olan stereo səsgücləndiricilər ilə təchiz olunub.
Əvvəlki modellərdə olduğu kimi iPad 8 də bir dəfə şarj olunandan sonra 10 saat çalışmaq özəlliyinə sahibdir. Digər texniki özəlliklərə gəldikdə isə planşet 32/128 GB daxili yaddaş həcmi, 8 MP-lik arxa kamera (HDR və 30 fps ilə HD videoların çəkiliş dəstəyi) və 1.2 MP-lik ön kamera ilə təchiz olunub. Planşetin komplektində USB Type-C girişinə sahib şəbəkə adapteri mövcuddur. iPad Air 4 kimi iPad 8 də stereo səsgücləndiricilərə sahibdir. Lakin iPad 8-də səsgücləndiricilər yalnız bir hissədə yerləşdiriliblər. Buna görə də planşetdən çıxan səs o qədər də həcmli deyil. iPad 8 artıq bu həftə satışa çıxacaq. Onun satış qiyməti isə aşağıdakı kimi olacaq:

- 32 GB daxili yaddaş + Wi-Fi - 329$

- 32 GB daxili yaddaş + Wi-Fi + LTE - 459$

- 128 GB daxili yaddaş + Wi-Fi - 429$

- 128 GB daxili yaddaş + Wi-Fi + LTE - 559$

  • Əvvəlki

    Lukaşenko Putindən 1,5 milyard dollarlıq kredit alır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0