USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“WhatsApp”ınıza gələn bu mesaj tələdir - FOTO

23.11.2020 İqtisadiyyat
0 0
Son günlər "fişinq" kampaniyalarının artdığı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidmətindən Fins.az-a verilən məlumata görə, kiberdələduzlar bu dəfə istifadəçilərə "WhatsApp" üzərindən "700 AZN pulsuz bonus qazan" başlığı ilə "spam" mesajlar göndərir.

Cavab mesajında "GO" yazaraq keçidə daxil olunması istənilir. Keçidə daxil olan istifadəçi zərərli saytlara yönləndirilir. Bonusu əldə etmək üçün istifadəçidən ad, soyad, cinsi, ünvanı, mobil nömrəsi kimi fərdi məlumatlarını daxil edərək saytda qeydiyyatdan keçməsi tələb olunur. Bundan sonra istifadəçi başqa bir səhifəyə yönləndirilir və ondan kart hesabının məlumatlarını daxil edərək depozit yatırması istənilir.

Məlumdur ki, bu məlumatları daxil edən istifadəçinin hesabından vəsaitlər silinir. Ələ keçirilən fərdi məlumatlar isə kiberdələduzlar tərəfindən növbəti bədniyyətli əməllərin həyata keçirilməsində istifadə olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə keçidlərə daxil olmamağa, fərdi məlumatlarını, xüsusilə kart hesablarını təqdim etməməyə çağırır. Bu kimi saytların məqsədi istifadəçiləri "tələyə" salaraq maddi vəsait ələ keçirməkdir.

Belə mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, keçidlərə daxil olmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.

  • Əvvəlki

    Bu şəxslərə 910 manat veriləcək

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0