USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edildi

05.03.2020 Siyasət
0 0
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.

Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.