USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

23.09.2020 Siyasət
0 0
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu işdən çıxarıb.

"Kommersant.az" unikal.org-a istinadla xəbər verir ki, F.Əliyev yağ zavodunun direktoru Elşad Abasovu tutduğu vəzifədən azad edib.

Qeyd edək ki, E.Abasov F.Əliyev İqtisadi İnkişaf naziri olarkən onun köməkçisi olub. Nazirlə birlikdə o da həbs olunmuşdu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bibisi qızının həyat yoldaşıdır.