USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski sabah Türkiyəyə gedir

09.04.2021 Siyasət
0 0
Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə səfər edəcək.

"Kommersant.az"ın xəbərinə görə, səfər zamanı V. Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ukrayna dövlət başçısının səfəri çərçivəsində sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Dövlət başçıları müdafiə, azad ticarət və turizm məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.