USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat Gömrük Komitəsini - İTTİHAM ETDİ

25.05.2021 Siyasət
0 0
Milli Məclisin deputatı Elman Nəsirli seçicilərinin üzləşdiyi problemdən söz açıb.

"Kommersant.az" Modern.az-a istinadən xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı Cəlilabad rayonunda yaşayan fermerlərin məsələsini qaldırıb:

"Cəlilabad fermerləri həyəcan təbili çalır. Onlar kartof məhsullarını Rusiya bazarına çıxarda bilmirlər. Samux gömrük postunda günlərlə məhsullar yolda qalır və məhv olur".

Deputat Gömrük komitəsindən bu məsələyə münasibət bildirmələrini xahiş edib.