Latviya vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

15.04.2022 Siyasət
Latviya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Latviya XİN yayıb.

Belarusun Dövlət Sərhəd Komitəsi aprelin 15-dən mayın 15-nə kimi Litva və Latviya vətəndaşlarının ölkəyə vizasız daxil olmalarına icazə veriləcəyini açıqlayıb. Bunun ardınca isə Latviya XİN öz vətəndaşlarına müraciət edərək Belarus və Rusiyanı tərk etməyə çağırıb.