USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elmar Məmmədyarov: "Tapşırıqla XİN-də işə götürmüşəm"

29.12.2022 Siyasət
0 0
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.

Kommersant.az xəbər verir ki, o, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını cavablandırıb.

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub” - sabiq XİN başçısı suala cavab olaraq bildirib.