USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bələdiyyədə mənimsəməyə görə cinayət işi başlandı

30.01.2023 Siyasət
38 3
Balakən rayon Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Balakən rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.