USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ səfiri İsveçrənin Rusiyaya qarşı tutumunu bəyənmir

17.03.2023 Siyasət
22 6
ABŞ səfiri: İsveçrə Rusiyanın daha yüz milyard dollarlıq aktivlərini bloklaya bilər.

ABŞ-ın Berndəki səfiri Skott Miller hesab edir ki, İsveçrə Rusiyanın daha 50-100 milyard dollarlıq aktivlərini bloklaya bilər.

İsveçrə 24 fevral 2022-ci ildən etibarən Rusiya Federasiyasına qarşı demək olar ki, bütün Avropa sanksiyalarına qoşulub. Bern sanksiyalar çərçivəsində Rusiyanın 8,1 milyard dollarlıq aktivlərini bloklayıb. İsveçrənin Credit Suisse bankı Rusiyanın İsveçrədə qeydiyyatdan keçmiş aktivlərinin üçdə birindən çoxunu - 17,6 milyard frank (19 milyard dollardan çox) məbləğində pulu bloklayıb və ya dondurub.