Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.
Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.
Bildirilib ki, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.