USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putindən Vaqner açıqlaması: Belə bir hüquqi şəxs yoxdur

14.07.2023 Siyasət
0 0
"Bizim şəxsi hərbi şirkətlər haqqında qanunumuz yoxdur. Deməli, qanun yoxdursa, muzdlu şirkət də mövcud deyil. Yəni Vaqner yoxdur. Belə bir hüquqi şəxs yoxdur”, - deyə Putin bildirib.

Rusiya prezidenti Vladimir Putin Vaqner muzdlu qrupunun qanuni olaraq mövcud olmadığını bildirib.

“Kommersant” qəzetinə açıqlamasında Putin Rusiya administrasiyasına qarşı üsyan edən muzdlu qrup Vaqnerlə bağlı qiymətləndirmələr edib. Vəziyyətin Rusiya cəmiyyəti üçün çox aydın olduğunu deyən Putin Vaqner döyüşçülərinin şərəflə döyüşdüyünü, lakin 24 iyun qiyamının üzücü olduğunu bildirib. “Onlarla görüşümdə bir tərəfdən döyüş meydanında etdiklərini, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərini dəyərləndirdim. Mən onun gələcək xidməti üçün mümkün variantları, o cümlədən münaqişələrdə iştirakını göstərmişəm. Bu qədər" ifadələrdən istifadə edib.