HƏMAS-ın hücumlarından sonra başlayan müharibə davam edərkən, Afrika ölkəsi Malavidən İsrail işçi qüvvəsi itkisinin bir hissəsini ödəyir.
Malawi24-ün məlumatına görə, Malavi Əmək Nazirliyi İsrail də daxil olmaqla bir çox ölkəyə işçi qüvvəsi ixracı proqramı başlatdıqlarını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada işçilərin İsraildə təhlükəsiz sayılan yerlərdə və yalnız əkinçilik sahələrində çalışacağı, gələcəkdə daha çox işçinin proqrama qatılaraq İsrailə göndərilməsinin gözlənildiyi vurğulanıb.
Bəyanatda, həmçinin işçilərin İsraildəki yaşayış xərclərinin qarşılanacağı və maaşlarının bir hissəsinin ölkədəki valyuta varlığını gücləndirmək üçün Malavidəki bank hesablarına göndəriləcəyi də qeyd edilib.