USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bahar Muradova Milli Məclisə hesabat verdi

19.12.2023 Siyasət
0 0
Uşaqların doğulunadək cins seçiminə məruz qalması ilə bağlı problem hələ də qalmaqdadır.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edərkən deyib.

O bildirib ki, erkən nikahlarln dinamikasında da nisbi artım var:

“269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəsrək verməliyik”, - deyə o qeyd edib.

Hesabata əsasən, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur.

Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.