USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Makrondan Netanyahuya reaksiya: "Fələstinlilərin iztirablarına son qoyulmalıdır"

04.06.2024 Siyasət
0 0
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında "Qəzzada fələstinlilərin iztirablarına son qoyulmalıdır" deyib.

Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıb.

Yelisey Sarayından verilən açıqlamada Makronun Qəzza zolağında müharibənin dayandırılması və girovların azad edilməsinə çağırdığı deyilib.

Açıqlamada Makronun Netanyahuya “Fələstinlilərin Qəzzada çəkdiyi əzablara son qoyulmalıdır” dediyi və ABŞ prezidenti Co Baydenin təqdim etdiyi atəşkəs planını dəstəklədiyi bildirilib.

Makron atəşkəs razılaşmasını “iki dövlətli həllin həyata keçirilməsi üçün etibarlı perspektivi yenidən açmağa” və Qəzzanı idarə etmək üçün islah edilmiş və gücləndirilmiş Fələstin Administrasiyasına çağırıb.

Qəzzada daha 4 israilli məhbusun ölümündən sonra Netanyahuya başsağlığı verən Makron, həmçinin "İranın nüvə proqramının gedişindən dərin narahatlığını" ifadə edib və öhdəliklərini yerinə yetirməsi üçün İrana təzyiq edəcəyinə söz verib.