Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropa Parlamentinə (AP) seçkilərin nəticələri göstərir ki, çoxluq avropapərəst və Ukraynayönlü olacaq.
Kremlin sözçüsü Dmitri Peskov AP seçkilərinin nəticələri ilə bağlı jurnalistlərə açıqlama verib. Rusiyanın AP-də güc balansını yaxından izlədiyini deyən Peskov, sağçı partiyaların populyarlığının artması istiqamətində dinamikanın müşahidə olunduğunu qeyd edib.
Peskov hesab edir ki, Avropayönlü partiyalar güclərini qoruyub saxlasalar da, zamanla sağ partiyalar onlara yetişə bilər:
"Görünür, əksəriyyət həqiqətən də avropapərəst və Ukraynayönlü olacaq. Amma AP-nin gələcək strukturunu da təhlil etmək lazımdır".