Putinin Ukrayna ilə bağlı tələbləri üzə çıxıb. Xəbər verildiyi kimi, Putinin Ukrayna üçün şərtləri Donbasdan çəkilmək, neytrallıq və NATO istəklərindən əl çəkməkdir.
Kremlə yaxın üç anonim mənbə Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı tələblərini açıqlayıb.
Reuters-ə danışan mənbələr qeyd ediblər ki, Putin Ukraynanın bütün şərq Donbas regionundan və NATO-ya üzvlük ambisiyalarından əl çəkməsini, neytral qalmasını və Qərb qoşunlarının Ukraynaya daxil olmasına mane olmasını istəyir.
Putinin tələbləri açıqlanıb
Mənbələr qeyd edib ki, Putin 2024-cü ilin iyununda irəli sürdüyü ərazi tələblərindən geri çəkilib.Kiyev administrasiyasının Moskvadan ərazi iddiaları çərçivəsində müdafiə etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojyanın hamısının verilməsini tələb etdiyi, lakin Kiyevin bu şərtləri rədd etdiyi qeyd edilib.
Yeni təklifdə deyilir ki, Putin hələ də Ukraynadan Donbas bölgəsindən çıxmasını tələb edir, lakin bunun müqabilində Zaporojya və Xersondakı mövcud cəbhə xətlərini dondurmağa hazırdır.
Moskvanın həmçinin Xarkov, Sumi və Dnepropetrovsk vilayətlərində işğal olunmuş kiçik əraziləri qaytarmağa hazır olduğu bildirilir.