USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: Yeni Yaxın Şərq formalaşır

13.10.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp “Girovlar evlərinə qayıdır, silahlar susur, müqəddəs torpaqlarda sülh zəngləri çalınır” deyib. Tramp “Bu, təkcə müharibənin sonu deyil, terror dövrünün sonu və Tanrı dövrünün başlanğıcıdır” deyib. Trampın çıxışı zamanı əllərində “Fələstini tanıyın” pankartları olan millət vəkilləri Ayman Avde və Ofer Cassif zorla çıxarılıb.

ABŞ prezidenti Donald Tramp İsrailə səfəri zamanı Knessetdəki tarixi çıxışında Yaxın Şərqdə yeni dövrün başlanğıcını elan edib:

"Bu gün gözəl gündür" dedi Tramp. "Girovlar ailələrinə qovuşdu, silahlar susur və müqəddəs torpaq üzərində günəş yenidən doğulur. Mən baş nazir Netanyahuya qeyri-adi vətənpərvərliyinə və cəsarətinə görə təşəkkür etmək istəyirəm. O, qeyri-adi vətənpərvərlik nümayiş etdirdi. Bu, asan proses deyildi, lakin o, gözəl iş görüb".

ABŞ-İsrail əlaqələrinin "qızıl dövrə" qədəm qoyduğunu qeyd edən Tramp, "Bu, təkcə müharibənin sonu deyil, Tanrı dövrünün yenidən doğulmasıdır. Yeni Yaxın Şərq formalaşır" dedi.