USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank ağacəkmə aksiyasında iştirak etdi

16.03.2023 Sərfəli Banklar
19 6
Yelo Bank ekoloji sosial təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bank bu dəfə ağacəkmə aksiyasına qatılıb. Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Yelo əməkdaşlarının da iştirakı ilə müxtəlif ağaclar əkilib. Tədbirə qatılmaqda Bankın əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin qorunmasına, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi planlaşdırılır. Bu missiyada Yelo Bank da öz təşəbbüskar dəstəyini əsirgəməyəcək.

Bank xidmətləri, həmçinin, valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

  • Əvvəlki

    15 aydan sonra ilk dəfə neft qiymətləri artır

Digər xəbərlər