Naxçıvana verilən elektrik enerjisinin miqdarı açıqlanıb

07.05.2019 Hesabat
Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, apreldə Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 28 975 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 2 436,2 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2 443,7 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 100,3 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 2 821 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 208,8 min manat, daxil olan vəsaitin həcmi 208,8 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 369 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 26,2 minmanat, daxil olan vəsaitin həcmi isə 26,2 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 930 minkvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 66,1 minmanat, daxil olan vəsaitin həcmi isə 66,1 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1044 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 74,1 minmanat, daxil olan vəsaitin həcmi isə 74,1 min manat olub.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 003 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 142,2 min manat, daxil olan vəsaitin həcmi 142,2 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 204 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 14,5 min manat, daxil olan vəsaitin həcmi 14,5 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 585 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 41,6 min manat, daxil olan vəsaitin həcmi 41,6 min manat olub.

Apreldə Babək rayonu verilən elektrik enerjisinin ümumi həcmi 1 527 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 108,4 minmanat, daxil olan vəsaitin həcmi 108,4 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin 4-cü ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 19 492 minkvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 754,3 min manat, daxil olan vəsaitin həcmi 1 761,8 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 100,4% olub.

VTB