USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident “DOST” mərkəzlərinə yeni səlahiyyət verdi

17.05.2019 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti yeni yaradılmış “DOST” mərkəzlərinə yeni səlahiyyət verib.

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 5.5.6-cı yarımbəndinə "digər orqanlarının" sözlərindən sonra "(Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla)" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.3-cü bəndinə "yerli orqanları" sözlərindən sonra "və ya "DOST" mərkəzləri" sözləri əlavə edilsin.

(V. Müavinətin verilməsi müddəti və qaydası hissəsi)