USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan vətəndaşları Gürcüstanda 1678 daşınmaz əmlaka sahibdir

28.06.2018 İqtisadiyyat
0 0
Gürcüstanda 34 024 daşınmaz əmlak xarici ölkə vətəndaşlarının mülkiyyətindədir.

"Kommersant" Gürcüstanın Miqrasiya məsələləri üzrə hökumət komissiyasının 2012-2016-cı illəri əhatə edən son hesabatına istinadən bildirir ki, həmin daşınmaz əmlakların 5%-i Azərbaycan vətəndaşlarına məxsusdur.

Azərbaycan vətəndaşları qonşu ölkədə 1678 daşınmaz əmlaka sahibdir. Həmin əmlakların 1133-ü kənd təsərrüfatı torpağı, 126-sı qeyri-kənd təsərrüfatı torpağı, 419-u isə mənzil və ya yaşayış evidir.

Hesabatda qeyd olunub ki, Gürcüstanda daşınmaz əmlaka sahib olan əcnəbilərin bir hissəsini ölkənin keçmiş vətəndaşları təşkil edir. Gürcüstanda əcnəbilərə məxsus daşınmaz əmlakın 53%-i Rusiya vətəndaşlarının payına düşür. Onların sahib olduğu daşınmaz əmlakların ümumi sayı 18 041 ədəddir.

Qonşu ölkədə Ermənistan vətəndaşları 1791, Türkiyə vətəndaşları isə 570 daşınmaz əmlaka sahibdir.

  • Əvvəlki

    “Bakı Metropoliteni”nin bağlanmış banklarda pulu qalıb - MƏBLƏĞ

Digər xəbərlər