USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı dindarların sayı açıqlandı

29.08.2019 Sosial
0 0
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Qurban bayramı və Ramazan ayında məscidlərə gələnlərin statistikasını müəyyən etmək istiqamətində iş aparır. Bizim statistikamıza görə, sonuncu Qurban bayramının namazında iştirak edən dindarların sayı təxminən 145-170 min arasındadır".

"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, bunu DQİK-nın sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, respublikada dindarların faizini hesablamaq üçün bir neçə üsuldan istifadə edilir:

"Din sosiologiyası adlı elm var. Həmin elmin bu statistikanın aparılması yanaşmasından istifadə edərək respublikadakı dindarların faizini müəyyən edirik. Bu zaman həmin bayram namazına gələnlərin sayını 5-ə vururuq. Aldığımız rəqəmə görə, ölkə əhalisinin 8 faizi dindardır. Bu isə təbii ki, təxmini rəqəmdir".