USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qida sahəsindəki pozuntularla bağlı - 1700 MÜRACİƏT

02.09.2019 Sosial
0 0
Avqust ayı ərzində AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 1701 müraciət daxil olub. Hər gün istehlakçı hüquqlarının pozulması halları ilə bağlı orta hesabla 7 şikayət daxil olub.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub.

Agentliyin yaydığı məlumatda bildirilir ki, daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olmuşdur. (Marja.az)