USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır

12.12.2019 İqtisadiyyat
0 0
2013-cü ildə fəaliyyətə başlayan “Kitabevim.az” mağazalar şəbəkəsi fəaliyyətini dayandırır.

"Kommersant.az" xəbər verir ki, bu barədə açıqlama verən "Kitabevim.az" mağazalar şəbəkəsinin direktoru Emin Sadıqov bildirib ki, mağazanın daxili xərclərinin çox olması, yükək satışın həyata keçirilməməsi səbəbindən belə bir qərar verilib:

"Yüksək satış olmadığı üçün mağazanın fəaliyyətini dayandırmağa qərar verdik. Keçən il də "Əhmədli" metrostansiyası yaxınlığındakı mağazanı bağlamışdıq. Metronun "28 May" stansiyası yaxınlığındakı mağaza isə hazırda dotasiya ilə fəaliyyət göstərir. Vəziyyət belə davam edərsə, o mağazanı da bağlayacağıq. Fəaliyyət göstərdiyi dövrdən bəri mağazanın xeyirdən çox ziyanı olub. Satışın az, icarə xərclərinin çox olması mağazanın fəaliyyət göstərməsinə mane olur."

  • Əvvəlki

    “Azəriqaz” Təhsil Şöbəsini məhkəməyə verdi

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0