USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TEAS Press Nəşriyyat evi “Xarıbülbülün nağılı”nı çap edib

01.06.2021 Sosial
0 0
Bu günlərdə TEAS Press Nəşriyyat evində nəşrə hazırlanaraq Türkiyədə çap edilən kitab elə belə də adlanır: “Xarıbülbülün nağılı”. Lap əvvəldə bildirilir ki, kitab Qarabağ müharibəsində, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımıza ithaf olunur.

Aybəniz İsmayılovanın müəllif olduğu kitabda Şuşanın rəmzisayılan və 44 günlük Vətən müharibəsindən sonra qələbəmizinrəmzinə çevrilən Xarıbülbülün əfsanəsi yenidən canlandırılmış, Vətən müharibəsilə əlaqələndirilmişdir. İllüstrasiyaların müəllifiisə Aida Əmirovadır.

– Yüz illərdir ki, nəsillərdən-nəsillərə keçən əfsanələrdəXarıbülbül sevgi, dostluq uğrunda fədakarlığın nümunəsi kimi tərənnüm olunur. Bu gün isəXarıbülbül Şuşanın, Qarabağın, bütün Azərbaycan torpaqlarınınişğaldan azad olunması üçün canını fəda edən qəhrəmanşəhidlərimizin anım simvoludur. Xarıbülbül Vətənə sevginin, doğma torpaq uğrunda mübarizənin, qəhrəmanlığın rəmzi kimiyaddaşlarda yaşayır. Bu nağıl sevgini, dostluğu, Vətəni ucatutanların fədakarlığı haqqındadır.

Ümid edirik ki, uşaqlar illüstrasiyalarla zəngin “Xarıbülbülünnağılı”nı böyük maraq və həvəslə oxuyacaqlar və bu kitab onlaraülvi duyğular, vətənpərvərlik ruhu aşılayacaq.

“Xarıbülbülün nağılı”nı əldə etmək üçün bütün kitabmağazalarına yaxınlaşa və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (+994) 50 290 49 03